ABŞ-də təyyarə qəzası baş verib.
Baklvaxtı.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, hadisə Arizona ştatında, Marana Regional Hava Limanı yaxınlığında qeydə alınıb.
Belə ki, Cessna 172S və Lancair 360 MK II tipli təyyarələr toqquşub. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının açıqlamasına görə, təyyarələrdən biri təhlükəsiz eniş edə bilsə də, digəri yerə düşərək yanmağa başlayıb.
Marana polis departamenti bildirib ki, təyyarələrdə ümumilikdə dörd nəfərin olsa da, hadisə nəticəsində iki nəfər həlak olub. Digər iki nəfərin vəziyyəti barədə məlumat verilməyib.
Hadisənin araşdırılması tamamlanana qədər hava limanının bağlanacağı elan edilib.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Nuriyyə Musayeva