AZ

Haitidə silahlı dəstə hücumunda 20 ölü

Haitidə

Haitinin paytaxtı Port-o-Prinsdə ABŞ səfirliyinə bir neçə kilometr aralıda yerləşən evlərə basqın edən silahlılar 20 nəfəri öldürüb.

Ölkənin İnsan Haqlarını Müdafiə Milli Şəbəkəsi (RNDDH) hücuma görə məsuliyyət daşıyan "Vitel'Homme Innocent" adlı dəstəni göstərib.

Məlumata görə, dəstə eyni ailədən olan 5 nəfəri öldürüb və hücum Haiti polisinin həyata keçirdiyi əməliyyatlara cavab olaraq həyata keçirilib.

Son günlər Haiti Milli Polisi və Haitidə təhlükəsizliyi dəstəkləyən çoxmillətli qüvvələrin keçirdiyi əməliyyatlarda bir neçə dəstə üzvü öldürülüb.

Seçilən
20
xalqcebhesi.az

1Mənbələr