AZ

Tramp Ukraynadan 10 trilyon dollar istəyir? - TƏHLİL

“Sərvətlərinin bölüşdürülməsi uğrunda mübarizənin bu qədər artmasına görə Ukraynanın hansı sərvətlərə sahibi olduğunu bir az araşdırdım. Məlum oldu ki, mübarizə heç də ABŞ rəhbəriin dediyi kimi 500 milyard dollar üzərində deyil. Ukrayna, 18 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir. Bu sərvətlər arasında litium, qrafit, kobalt, titan və nadir torpaqlar kimi sənaye üçün vacib minerallar yer alır. Bu ölkə titan, sirkonium, qrafit və manqan istehsalı üzrə dünya üzrə ilk 10 ölkə arasında yer alır. Onun litium ehtiyatları, təxminən 500,000 metrik tonla Avropada ilk sıralarda gəlir”.

Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib  ki, Ukraynanın nadır torpaq metalları ehtiyatları arasında lantan, serium, neodimium və itrium kimi mühüm elementlər movcuddur ki, bunlar müxtəlif yüksək texnologiyalı sahələrdə, o cümlədən elektrik maşınları, külək turbinləri və nüvə enerjisi üçün istifadə olunur:

“Bu sərvətləri ələ keçirən və ya bu sərvətlərdən pay qopara bilən ölkələr müdafiə sənayesi və təhlükəsizlik məsələlərində, yüksək texnologiyalar və istehsal prosslərində, elektrikli nəqliyyat və eneirji keçidində, ümumi iqtisadi inkişafda, geosiyasi rəqabətdə ciddi uğurlar və hətta liderlik mövqeyi əldə edə biləcəkdir.

Çünki, litium və kobalt kimi minerallar, elektrikli avtomobillər və enerji saxlama texnologiyaları üçün vacibdir. Nadir torpaq metalları, yüksək texnologiyalar və külək turbinləri kimi sahələrdə istifadə olunur. Titan və digər minerallar, hərbi avadanlıqların istehsalında vacibdir. Bu sərvatlərin hasilatı və emalı iqtisadiyyatı gücləndirərək, beynəlxalq ticarətdə mühüm rol oynamağa imkan verəcəkdir.

Beləliklə, Ukraynanın sərvətlərinə nəzarət edən ölkə, qlobal diplomatik təsirini artıraraq, strateji üstünlük əldə edə bilər”.

News365.az

Seçilən
6
3
news365.az

5Mənbələr