AZ

Əsas fokusumuz real sektorun inkişafıdır - “PAŞA Bank”ın sədri Cavid Quliyev

Bakı. Trend:

2024-cü ildə ölkənin aparıcı korporativ bankı olan “PAŞA Bank”2024-2026 illər üzrə inkişaf strategiyasının ilk ilini tamamlayıb.Ölkəmizin ən böyük maliyyə institutlarından birinin biznesininkişafı sahəsində əldə etdiyi uğurlar və nailiyyətlərin Azərbaycaniqtisadiyyatına və cəmiyyətinə təsirini Bankın baş icraçı direktoruvə İdarə Heyətinin sədri Cavid Quliyevlə müzakirə etdik.

"Kredit portfelimiz 3,3 milyard AZN olub"

2024-cü ilə dair fəaliyyətindən danışarkən, C.Quliyev qeyd edibki, real sektora xidmət göstərən “PAŞA Bank”ın göstəriciləri ümumiiqtisadiyyatımızın dayanıqlı inkişafı ilə birbaşa bağlıdır. Beləki, 2024-cü ildə iqtisadi artım 4.1 % təşkil edib. 2023-cü ildə 123milyard AZN olan ÜDM istehsalı 2024-cü ildə artaraq 126.3 milyardAZN-ə, o cümlədən qeyri-neft ÜDM isə 77.7 milyard AZN-dən 85.7milyard AZN-ə yüksəlib. “Kredit portfelimiz isə 2023-cü il iləmüqayisədə 468 milyon AZN və ya 16.5% artaraq 3,3 milyard AZN-əçatıb. Bu göstərici ölkənin qeyri-neft sektorundakı 6.2%-likartımın (müqayisəli qiymətlərlə) üzərindədir. Bundan əlavə, bizneskredit portfelimiz, 3 milyard AZN-ə yüksəlib. Kiçik və ortasahibkarların (KOS) kredit portfelində isə öncəki illə müqayisədə19% artım qeydə alınıb”, - deyə, Bank rəhbəri bildirib.

Ümumi olaraq, Bankın cəmi aktivləri 2024-cü ilin sonuna 8,2milyard AZN təşkil edib, xalis mənfəəti 210,5 milyon AZN olmuşdurki, bu da ötən il ilə müqayisədə 11 milyon AZN daha çoxdur. Faizgəlirindən danışarkən, bu göstərici 2023-cü ilə nisbətən 30 milyonAZN artaraq 478 milyon manat təşkil edib. Quliyev qeyd edib ki,2024-cü il üzrə “PAŞA Bank”ın Kapital Adekvatlıq Əmsalı (CAR) 20.4%təşkil edib və bu göstərici AR Mərkəzi Bankı tərəfindən təyinolunmuş tələbin (12%) üzərindədir və bu kapital buferi, Bankıngələcəkdə böyümə qabiliyyətini vurğulayır.

Bank sədri, söhbət əsnasında, ümumi bazarda sabitliyin vəiqtisadiyyatımızın dayanıqlı inkişafının önəmini xüsusilə qeydetdi. “Belə ki, 2024-ci ilin ÜDM-də tikinti sektorunun payı 6.7%(8.478 milyard AZN ), nəqliyyat və anbar təsərrüfatı sektorununpayı 7% (8.883 milyard AZN), informasiya və rabitə sektorunun payıisə 1.9% (2.3 milyard AZN) qeyd olunub. Bu 2023-cü ilə nisbətən(müqayisəli qiymətlərlə) müvafiq olaraq 9.6%, 14.1% və 11.4% artımdeməkdir. Son illərdə bazarların canlanması strateji valyutaehtiyatlarının artımında da özünü göstərir”, - deyə, Bankın sədribildirib.

Qeyd edək ki, hazırda ölkəmizin ehtiyatları 72 milyard ABŞdollarına yaxınlaşır və bu müddət ərzində 33.4% (17.8 milyard ABŞdolları ekvivalentində) artıb. Son 3 ildə yerli bank sektorundamanatla əmanətlərin həcmi 78.5% (4.1 milyard AZN ekvivalent) artıbvə 9.4 milyard AZN-ə çatıb. Bu dövr ərzində, xarici valyutalardafiziki şəxslərin əmanətlərinin ümumi portfeldəki payı 7.4% azalmışvə 34.3%-ə enmişdir. Bu bank sektorunun uğurlu dedollarizasiyasınınəsas göstəricilərindən biridir.

"İlk sindikativ kredit qeyri-neft sektorunun inkişafınabirbaşa töhfə verir"

Quliyev, əsas nailiyyətlərin real sektorun qazandığı uğurlarlasıx bağlı olduğunu xüsusilə qeyd edib. “2007-ci ildən etibarən“PAŞA Bank”ın əsas istiqaməti ölkəmizin qeyri-neft sektorundaçalışan iri, eləcə də KOS biznesinin inkişaf etdirilməsidir. Buməsələni biz bu günə kimi diqqət mərkəzində saxlayırıq və realsektorun təmsilçilərinin biznes ehtiyaclarını qarşılamaq üçün ənyaxşı biznes həlləri və optimal maliyyə məhsulları təqdim edirik.Məsələn, ötən ilin ən əhəmiyyətli nailiyyətlərindən biri, yerlibazarda ilk sindikativ kredit müqaviləsini uğurla həyata keçirməkidi", – deyə, Bank rəhbəri bildirib.

O qeyd edib ki, 2024-cü ildə beynəlxalq maliyyə institutları vəyerli bazar iştirakçıları arasında əlaqələri gücləndirməkməqsədilə, "PAŞA Bank" alternativ maliyyələşmə və investisiyalarıncəlb edilməsi sahəsində bir çox maarifləndirici təşəbbüslər həyatakeçirib. Təkcə 2024-cü ildə Bank “Azərbaycanda sindikatkreditləşmə”, “Azərbaycanda alternativ investisiyalarla tanışlıq"adlı tədbirlərə ev sahibliyi edib. Bakın məqsədi, yerli maliyyəsektoru ilə investorlar və bizneslər arasında əməkdaşlıqplatforması yaratmaqdır.

"Bu təşəbbüslər, maliyyə sektorumuzun dayanıqlı inkişafını təminetmək üçün atdığımız mühüm addımlardır. İlk sindikat kreditəqdlərimizi "AZƏRMAŞ" və "İRŞAD Electronics" kimi şirkətlərləbağladıq ki, bu da real sektorun inkişafına dəstəyimizingöstəricisidir. Bu yanaşma həm də investorlar üçün daha etibarlı vədiversifikasiya edilmiş maliyyə alətləri təqdim edir,”- deyə, Bankrəhbəri bildirib.

Ayrıca olaraq KOS seqmenti də “PAŞA Bank” üçün əsasprioritetlərdən biridir. Son illər ərzində “PAŞA Bank” KOSseqmentində yenililikçiliyi dəstəkləmək üçün çoxlu layihələrihəyata keçirir və yerli bazarda unikal maliyyə və qeyri-maliyyəməhsulları təqdim edir. Belə ki, Bank, KOS-lara rəqəmsal məhsul vəxidmətlər təqdim etməklə, onların maliyyə əməliyyatlarını dahaeffektiv və sürətli etməyə şərait yaradır.

“Bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçüntez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsiləKOS-lara 250,000 AZN-ə qədər unikal kredit imkanı təqdim edib. Butəklif, ənənəvi bank xidmətlərindən fərqli olaraq, rəqəmsalalətlərdən istifadə edərək, asan və sürətli kredit əldə etməyəimkan yaradır. Bu, bizneslərə mürəkkəb sənədləşmə və fizikigörüşlərə ehtiyac olmadan maliyyə dəstəyinə sürətli və asan birşəkildə çıxış imkanı verir, bu da sürətli dəyişən mühitdə fəaliyyətgöstərən şirkətlər üçün çox əlverişlidir. Bu, kiçik və ortamüəssisələr üçün böyük bir məbləğdir və onlara fəaliyyətlərinigenişləndirmək, yeni layihələrə sərmayə qoymaq və ya nağd pul axınıilə bağlı çətinlikləri aşmaq imkanı verir.

Əlavə olaraq Bank, faktorinq və təchizat zəncirimaliyyələşdirilməsi kimi rəqəmsal həllərlə KOS-ların likvidliyiniartırır. Bu, KOS-lara maliyyə axınını daha yaxşı idarə etmələrinəvə bizneslərini böyütmələrinə imkan yaradır. Bank ənənəvi biznesdənkənar, öz müştərilərinə əlavə dəyər qatan xidmətlər də təklif edir.Hazırda aktiv istifadə edilən “Maliyyə Bələdçisi”, “TərəfdaşıYoxla” və “Maliyyə İdarəetməsi platforması”nı nümunə gətirməkolar,” – deyə, Quliyev qeyd edib.

“COP29 tədbiri Azərbaycanın yaşıl enerji sahəsində böyükpotensialını beynəlxalq səviyyədə nümayiş etdirdi”

Bankın idarə heyətinin sədri bildirib ki, 2024-cü ilAzərbaycanın beynəlxalq səviyyədə yaşıl enerji sahəsindəkipotensialını nümayiş etdirmək üçün mühüm bir il oldu. “2024-cü ildəbiz ölkə olaraq, dünyanın ən genişmiqyaslı tədbirlərindən biri olanCOP29-un bir hissəsi olduq. Dövlətin, özəl sektorun, cəmiyyətinəsas diqqət mərkəzində olan bu mötəbər tədbir Azərbaycanın qlobaliqlim siyasətinə verdiyi əhəmiyyətin və ölkəmizin yaşıltransformasiya yolundakı irəliləyişlərinin simvolu oldu vəAzərbaycanın yaşıl enerji sahəsində böyük potensialını beynəlxalqsəviyyədə nümayiş etdirdi,” - deyə, Quliyev söyləyib.

Bank rəhbəri qeyd edib ki, bu mühüm tədbir, qlobal iqlimdəyişikliyinin təsirlərinə qarşı beynəlxalq əməkdaşlıq və innovativhəllərin müzakirə olunduğu bir platformaya çevrildi və “PAŞA Bank”“PAŞA Holding”in bir hissəsi olaraq bu vacib prosesə öz töhfəsiniverdi. “COP29 ərəfəsində biz beynəlxalq partnyorlarla bir yerdə birsıra əhəmiyyətli tədbirlər keçirdik, o cümlədən “Xalis sıfıremissiyaya keçid”, “Azərbaycanda iqlim maliyyəsi” və bu kimilayihələrin çərçivəsində çoxlu müzakirə panelləri təşkil etdik.Bank sektoru olaraq, Azərbaycan iqtisadiyyatının yaşıl keçidinidəstəkləmək üçün 2 milyard AZN həcmində maliyyə vəsaiti ayırmağıöhdəmizə götürdük,”- deyə, Bank rəhbəri bildirib.

Quliyev bildirib ki, COP29-dan əvvəl, “PAŞA Bank” yaşıl enerji,dayanıqlı kənd təsərrüfatı və rəqəmsal transformasiya sahələrindəmühüm investisiyalar edib, Azərbaycanın daha dayanıqlı biriqtisadiyyata doğru inkişafına töhfə verib. Bank, ekoloji cəhətdəntəmiz nəqliyyat, müasir suvarma sistemləri və mədən sektorununkarbonsuzlaşdırılması kimi müxtəlif layihələrə 63 milyon AZN-dənçox sərmayə qoyub. Bu təşəbbüslər, Bankın ətraf mühitə məsuliyyətliyanaşma və iqtisadi inkişafa olan bağlılığını nümayiş etdirir.

“PAŞA Bank”dan iqtisadiyyatın yaşıl transformasiyasınadəstək

Quliyev Azərbaycanın həm beynəlxalq, həm də yerli ekoloji vəsosial məsuliyyətləri çərçivəsində iqlim dəyişikliyinin mənfitəsirlərini azaltmaq üçün atdığı ardıcıl və məqsədyönlü addımlaratoxunub. “PAŞA Bank”, Azərbaycanın yaşıl maliyyə sahəsindəkitəşəbbüslərini gücləndirərək, dayanıqlı iqtisadi inkişafın önündəgetməkdədir. Bank, ölkəmizdə “yaşıl” layihələrə yönəlmişsərmayələrini genişləndirərək, iqtisadiyyatın müvafiqtransformasiyasını dəstəkləyir və gələcək nəsillər üçün dahadayanıqlı və təmiz ətraf mühitin yaradılmasına öz töhfəsini verir,”– deyə, Bank rəhbəri qeyd edib.

O, vurgulayıb ki, “PAŞA Bank”ın strateji məqsədlərindən biri,ətraf mühitin qorunmasını və enerji səmərəliliyini təşviq edənlayihələri maliyyələşdirməkdir. “Bu təşəbbüs, ölkənin dayanıqlıenerji təchizatı sahəsində əhəmiyyətli bir addımdır və Bankın“yaşıl” portfelini daha da şaxələndirir. Bundan əlavə, “PAŞA Bank”ətraf mühitə mənfi təsir göstərməyən nəqliyyat növlərinəinvestisiyaları ilə də diqqət çəkir. "Xaliq Faiqoğlu" şirkəti iləbirgə həyata keçirilən layihə çərçivəsində Bank 55 ədəd ekolojitəmiz avtobusun idxalını maliyyələşdirib. Bu investisiyalar,Azərbaycanın şəhər mərkəzlərində daha təmiz ictimai nəqliyyatıntəşviqinə və CO₂ emissiyalarının azalmasına xidmət edir”, - deyə,Quliyev bildirib.

Onun sözlərinə görə, “PAŞA Bank”ın yaşıl layihələrə dəstəyiyalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşmır. “Bank,Azərbaycanın kənd təsərrüfatı sektorunda dayanıqlı inkişafı təşviqedərək, müasir damcı suvarma texnologiyalarına 15 milyon AZN, pivotsuvarma sisteminə 17 milyon AZN sərmayə yatırıb”, - deyə, Quliyevsöyləyib.

“Müştərilərimizə dəyər qatan həlləri təqdim etməyə sadiqqalacağıq”

2024-cu il maliyyə göstəriciləri baxımından "PAŞA Bank" üçünrekord nəticələrlə yadda qalsa da, Bank rəhbəri əsas nailiyyət vədəyəri rəqəmlərdə yox, öz müştərilərinin məmnuniyyət səviyyəsindəgörür.

“Bankımızın fəaliyyətə başladığı 2007-ci ildən bu günə kimimüştəri məmnuniyyəti və təqdim etdiyimiz xidmətlərin keyfiyyətibizim əsas prioritetimiz olub. Yaradılan bütün məhsullar realsektorun maraq və biznes ehtiyacları nəzərə alınaraqformalaşdırılıb. Bu istiqamətdə inkişaf edərək və xidmətkeyfiyyətini artıraraq, 2025-ci ildə də müştərilərimizə innovativhəllər təqdim edəcəyik və ən yüksək xidmət standartlarına sadiqqalacağıq”, - deyə, C. Quliyev vurğuladı.

Seçilən
4
4
az.trend.az

5Mənbələr