AZ

“Tüpraş” Rusiyadan neft idxalını dayandırıb

Yazını böyüt
Yazını kiçilt

“Tüpraş” ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalara görə Rusiya neftinin alışını dayandırdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, şirkətin sərmayəçilərlə əlaqələr üzrə direktoru Levent Bayar “Reuters”ə açıqlamasında deyib: “Son sanksiyalara görə biz “Urals” neftinin alınmasını dayandırmışıq və fevralda son göndərişləri alacağıq. Bununla belə, “Tüpraş”ın Rusiyadan bütün neft məhsulları idxalını kəsib-kəsməyəcəyi hələ dəqiq deyil.

Enerji bazarı analizi şirkəti “Kpler”in məlumatlarına görə, “Tüpraş” 2024-cü ildə gündəlik 225 min barrel Rusiya nefti idxal edib. Bu rəqəm 2023-cü ildəki 178 min barellə müqayisədə 26,4 faiz artıb. “Bloomberg”in keçən həftə dərc etdiyi bir xəbərdə, “Tüpraş”ın tavan qiymətə uyğun gəlməyən Rusiya yanacaq alışını dayandırmağı planlaşdırdığı ifadə edildi.

ABŞ Maliyyə Nazirliyi yanvarın 10-da Rusiyanın enerji sektorunu hədəf alan yeni sanksiyalar tətbiq edib. Bu çərçivədə Rusiyanın onlarla enerji şirkəti, o cümlədən “Surqutneftegaz”, “Qazprom Neft” və onların filialları sanksiya siyahısına salınıb. Sanksiyalardan əvvəl Rusiya neft şirkətləri Türkiyəyə dəniz yolu ilə neft nəqlini artırırdı. “Kommersant”ın hesabatına görə, 2024-cü ilin dekabrında Türkiyə gündəlik 444 min barellə Rusiya neftinin idxalında rekord səviyyəyə çatıb.

Seçilən
2
hafta.az

1Mənbələr