AZ

Misirdə fironun qəbri aşkarlanıb

Bakı.Trend:

Misirşünas tədqiqatçılar Misirin Lüksor şəhəri yaxınlığındayerləşən Zeban nekropolisinin Qərb Vadisində firon qəbriaşkarlayıb. Bu, təxminən bir əsr əvvəl aşkar olunmuş Tutanhamonunməzarından bəri tapılmış ilk firon qəbri sayılır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, Britaniya və Misirdən olan birgə tədqiqatqrupunun aşkarladığı məzarın Kral II Tutmosa aid olduğu bəlliolub.

Tədqiqatçılar məzar otaqlarının 2 kilometr uzaqda, Krallarvadisi adlanan ərazidə yerləşdiyini güman edirdi. Lakin onlar onuQərb Vadisində firon ailəsinə aid qadınların istirahəti üçünnəzərdə tutulmuş otağa bitişik şəkildə aşkarlayıblar: tavanınmaviyə boyanmasından və qızılı ulduz rəsmlərinin olmasından onlarbunun fironun məzarı olduğunu qət ediblər.

Qeyd edək ki, II Tutmosun qalıqları hələ 2 əsr əvvəl tapılsa da,onun orijinal dəfn yeri bu vaxta qədər aşkarlanmamışdı.

Seçilən
25
az.trend.az

1Mənbələr