Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tariyel Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 7 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 15 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Tariyel Həsənov evin həyətində qardaşı, zərərçəkmiş Qulam Həsənovla (şərti) evinə gələn su xəttini kəsilməsi ilə bağlı mübahisə edib. Bu zaman o, yumruqla qardaşının bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək ona yüngül zərər vurmaya aid xəsarətlər yetirib.
Hadisədən sonra Tariyel Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov