AZ

Asiya Parlament Assambleyasının iqtisadiyyat və dayanıqlı inkişaf üzrə yeddi qətnaməsinin layihəsi təsdiqləndi

Bakı. Trend:

Asiya Parlament Asambleyasının İqtisadiyyat və Dayanıqlı İnkişafüzrə Daimi Komitəsinin Bakıda keçirilən iclasında bir sıraqətnamələrin layihələri təsdiqlənib.

Trend xəbərverir ki, xüsusi olaraq, aşağıdakı sənədlər qəbul olunub:

1. Asiya Enerji Bazarının yaradılması üzrə qətnaməninlayihəsi

2. Ekoloji Məsələlər üzrə qətnamənin layihəsi

3. Maliyyə Məsələləri üzrə qətnamənin layihəsi: iqtisadi artımüzrə səylərin təmin olunması

4. Yoxsulluğun aradan qaldırılması üzrə qətnamənin layihəsi

5. “Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinədəstəyin göstərilməsində Asiya-Sakit Okean ölkələriparlamentlərinin rolu” qətnaməsinin layihəsi

6. “Asiyada hər kəs üçün su təchizatı və sanitariya”qətnaməsinin layihəsi

7. “İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşməsi üzrə Asiyatəşəbbüsü” qətnaməsinin layihəsi

Qeyd edək ki, APA-nın 15-ci plenar sessiyasında 35 nümayəndəheyəti, o cümlədən, təxminən 280 nümayəndə iştirak edir, bir sıravacib sualların müzakirəsi nəzərdə tutulur.

APA Asiya ölkələri parlamentlərini birləşdirən parlamentdiplomatiyasının önəmli platformalarından hesab olunur.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

3Mənbələr