AZ

Basketbol üzrə Azərbaycan millisi Kosova ilə qarşılaşacaq

Basketbol üzrə Azərbaycan millisi Kosova ilə qarşılaşacaq .

Kişi basketbolçulardan ibarət Azərbaycan yığması bu gün 2027-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda daha bir oyun keçirəcək.

"Operativ Media" xəbər verir ki, 5-ci turda Azərbaycan millisi səfərdə Kosovo ilə qarşılaşacaq.

22:30 Kosova – Azərbaycan 

Millinin heyəti: Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Sadettin Donat, Ercan Donat, Orxan Hall Aydın,

Millimiz daha öncə İsveçrə (53:72, 55:85) və İrlandiyaya (67:91) uduzaraq Kosovoya qalib gəlib (87:77).

Komandaların sıralaması : İsveçrə – 8 xal, İrlandiya – 6, Azərbaycan, Kosovo – hərəyə 5 xal.

Azərbaycan yığması final mərhələsində Bakı İdman Sarayında İrlandiya yığmasını qəbul edəcək. Oyun fevralın 23-də baş tutacaq və saat 17:00-da başlayacaq.

Seçilən
4
operativmedia.az

1Mənbələr