Avstraliyada yaşayan Co Gilchrist adlı qadın makiyaj fırçasının ucbatından hərəkət qabiliyyətini itirib.
News24.az xəbər verir ki, mütəxəssislər bu hadisədən sonra bəzi kosmetik məhsulların istifadə edilməsinin təhlükəli olduğunu bildiriblər.
Sinqapurda yaşayan bir həkim sızanaqlarını ört-basdır etmək üçün istifadə etdiyi makiyajdan insult keçirən qadınla bağlı paylaşım edib. 2025-ci ildə baş verən hadisədən sonra Stafilokok adlı bakterial infeksiyaya görə həyatı dəyişib.
Bakteriyalar sızanaqları ört-basdır etmək üçün adi makiyajdan istifadə edildikdən sonra kəsiklərə daxil olub və oradan onun qan axını ilə onurğasına keçib. Vəziyyət ağrılı infeksiyaya çevrilib və gənc qadın əlil arabasında gəzməyə məhkum olub.
“Stafilokok Aureus” (MRSA) adlanan bu bakteriya da bədəndə daha ağır nəticələrə səbəb ola bilər.
Aynurə