AZ

Asiya Parlament Assambleyasının komitə iclasında səkkiz qətnamə layihəsi təsdiqlənib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Asiya Parlament Assambleyasının (APA) 15-ci sessiyasının komitə iclası çərçivəsində 8 qətnamə layihəsi təsdiq olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat APA-nın 15-ci plenar sessiyası çərçivəsində keçirilən Siyasi məsələlər daimi komitəsinin iclasında verilib.
Təsdiq olunan sənədlər aşağıdakılardır:
1. "Yaxşı idarəetmə haqqında";
2. "Qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılması haqqında";
3. "Yaxşı parlament təcrübələri haqqında";
4. "Asiyada dostluq və əməkdaşlıq yolu ilə rifahın qurulmasına dair";
5. "Asiya Parlament və hökumətlərinin Asiyada tərəqqi naminə birlikdə olması haqqında";
6. "Demokratiya yolu ilə harmonik inkişaf haqqında";
7. "Asiya parlamentarilərinin Fələstin xalqına sarsılmaz dəstəyi haqqında";
8. "Çoxtərəfliliyi qorumaq və təşviq etmək üçün APA-nın üzvləri arasında əməkdaşlığın genişləndirilməsinə dair" qətnamə layihələri.
Qəbul edilən layihələr plenar iclasa tövsiyə olunub.
Mərahim Nəsib
Seçilən
38
50
oxu.az

10Mənbələr