AZ

"CineMastercard"da "Tur Rehberi" türk komediyası

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Eksklüziv olaraq "CineMastercard" premium kinoteatrlar şəbəkəsində fevralın 20-dən BKM studio tərəfindən "Tur Rehberi" türk komediyasının nümayişi başlayır.
Filmin rejissoru Hakan Algüldür.
Rolları Cem Gelinoğlu, Alp Öyken, Atılgan Gümüş və balaca aktrisa Melisa Duru Ünal canlandırıblar.
Film tur bələdçisinin tur zamanı qrupunu həyatda saxlamaq üçün var gücü ilə mübarizə aparmasından bəhs edir. Gənc tur bələdçisi Ercüment ölməyə and içmiş bir qrup yaşlı turistlə səyahətə çıxanda başına nə gələcəyini bilmir. O, həyatının ən çətin səyahətinə çıxır və hər şeyin planlaşdırıldığı kimi getmədiyini görür, gözlənilməz hadisələrin mərkəzində olur.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Seçilən
21
oxu.az

1Mənbələr