"Üçüncü Dünya Müharibəsi heç kimin marağında deyil, amma ABŞ-nin keçmiş lideri Co Bayden dünyanı buna hazırlayırdı".
Bunu ABŞ lideri Donald Tramp deyib.
"Üçüncü dünya müharibəsinin heç kimə faydası yoxdur.Əgər ABŞ-də Bayden administrasiyası daha bir il hakimiyyətdə qalsaydı,o zaman siz III Dünya Müharibəsində olacaqdınız. Amma bu, indi baş verməyəcək", - Tramp əminliklə qeyd edib.
Onun sözlərinə görə, əsas vəzifəsi “müharibələri bitirmək, münaqişələri həll etmək və dünyada sülhü bərpa etmək üçün çox sürətlə hərəkət etməkdir:
"Mən sülh istəyirəm. Yaxın Şərqdəki ölümlərə, Rusiya ilə Ukrayna arasında münaqişədə ölümlərə bir baxın. Bütün bunlar davam edir və biz buna son qoyacağıq".
Gülayə Mecid
Mənbə: unikal.az