AZ

Azərbaycanın pambıq lifi ixracından gəlirləri azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan ixrac edilmiş pambıq lifininmiqdarı 6,5 min ton olub.

Trend-inDövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bumiqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 9,3 milyon ABŞdolları olub.

Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdarifadəsi ilə 594 ton və ya 8,3%, dəyər ifadəsi ilə 1,3 milyon ABŞdolları, yaxud da 12,3% azalıb.

Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan ixrac edilənpambıq lifinin miqdarı 7,1 min ton, dəyəri isə 10,6 milyon ABŞdolları təşkil edib.

Qeyd edək ki, ötən ay ixrac edilən pambıq lifinin ümumi ixracdapayı 0,31%, qeyri-neft sektoru üzrə ixracda payı isə 3,78%olub.

Məqalədə:
Seçilən
51
1
az.trend.az

2Mənbələr