AZ

Tramp tapşırıq verdi: Pentaqonun büdcəsi bu qədər azaldılır

ABŞ-ın müdafiə naziri Pit Heqset yüksək səviyyəli hərbi məmurlara qarşıdakı beş il ərzində müdafiə büdcəsini 8 faiz azaltmaq üçün planlar hazırlamağı tapşırıb.

Publika.az xəbər verir ki, təklif olunan ixtisarların fevralın 24-dək hazırlanması istənilib.

Heqset sərəncamda Donald Trampın Pentaqona verdiyi tapşırığın hər kəsə aydın olduğunu qeyd edib:

“Büdcəmiz ehtiyac duyduğumuz döyüş gücünü maliyyələşdirəcək, lazımsız müdafiə xərclərini dayandıracaq. Həddindən artıq bürokratiyanı rədd edəcək və nəzarətdə irəliləyiş də daxil olmaqla, həyata keçirilə bilən islahatlara təkan verəcək”.

Sərəncam, həmçinin Hind-Sakit Okean Komandanlığı, Şimal Komandanlığı və Kosmos Komandanlığı, eləcə də Ukraynadakı müharibə zamanı ABŞ-ın strategiyasının həyata keçirilməsində aparıcı rol oynamış Avropa Komandanlığı, Yaxın Şərqdəki əməliyyatlara nəzarət edən Mərkəzi Komandanlıq kimi əsas regional mərkəzlərə maliyyə dəstəyinin davamlı olmasını tələb edir.

Seçilən
6
publika.az

1Mənbələr