Bu gün hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqları tamamilə məhdudlaşdırılır.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təhdidlər həmişə insanı inkişafa doğru sövq edən amillərdəndir:
"Əvvəlki dövrdə olan çətin vəziyyətə düşmək ehtimalı da var. Qadınların imkanlarının mərhələlərlə məhdudlaşmasını unutmaq olmaz. Bu gün hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqlarının tamamilə məhdudlaşdırılması reallıqlarını görürük. Odur ki, təhdidləri açıq şəkildə müzakirə etməyə ehtiyac var (Report).