AZ

ABŞ Çindəki diplomatlarının sayını 10 faiz azaldır

Pekin, 20 fevral, AZƏRTAC

ABŞ Çindəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının sayını 10 faizədək azaldır.

AZƏRTAC xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti diplomatik mənbələrə istinadla xəbər yayıb.

Nəşr iddia edir ki, ixtisar ABŞ-ın Pekindəki səfirliyi, Şanxay, Quancou, Şenyan və Uhandakı baş konsulluqları, habelə Honkonq xüsusi inzibati ərazisindəki nümayəndəliyinin diplomatlarına və yerli işçilərə aid olacaq.

Ötən həftə “Reuters” agentliyi Prezident Donald Administrasiyasının ABŞ-ın diplomatik korpusunun yenidən təşkili üçün kadr ixtisarına hazırlaşması barədə xəbər yayıb. Bu, Prezident Donald Trampın və ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maskın dövlət büdcəsinin xərclərini azaltmaq planları çərçivəsində reallaşacaq. Dövlət Departamenti məsələyə dair açıqlama verməyib.

Qeyd edək ki, ABŞ-ın Çində böyük diplomatik missiyası var. Onun təkcə Pekindəki səfirliyinin əməkdaşlarının sayı 1300-dən çoxdur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
6
azertag.az

1Mənbələr