Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Kitabxana- İnformasiya Mərkəzi (KİM) Mingəçevir Turizm Kollecinin müvafiq qurumu ilə səmərəli əlaqə saxlayır.
"Unikal" xəbər verir ki, bugünlərdə adıçəkilən orta ixtisas müəssisəsinin kitabxana fondu daha da zənginləşib.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətovun göstərişi əsasında Mingəçevir Turizm Kollecinin kitabxana fonduna 101 adda 210 kitab, 5 adda 11 kitabça, 9 adda 18 konfrans materialı və 1 jurnal hədiyyə edilib.
Qeyd edək ki, bu istiqamətdə əlaqələrin davamlı olması nəzərdə tutulub.