2017-ci ildə "Miss Asia World" beynəlxalq gözəllik yarışmasının qalibi olan 33 yaşlı suriyalı aktrisa Enci Morad dünyasını dəyişib.
Milli.Az-ın xarici mediaya istinadən məlumatına görə, Morad hamiləlik zamanı virus infeksiyasına yoluxub. Xəstəliyi ağır keçib və pnevmoniyaya tutulub. Yanvarın 25-də o, sosial şəbəkədə son paylaşımını dərc edib.
Morad yazıb: "Məni bağışlayın, ölürəm".
Yanvarın sonunda o, reanimasiyaya yerləşdirilib və fevralın 9-da dünyasını dəyişib. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
