AZ

Trampın bu planı əxlaqsızlıqdır - Sançesdən sərt reaksiya

İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın Qəzza planına sərt reaksiya verib.

Publika.az xəbər verir ki, Sançes İspaniyada rəsmi səfərdə olan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən sonra birgə mətbuat konfransında danışıb.

O, Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri köçürmək planını tənqid edib: "Bu, əxlaqsızlıqdır və beynəlxalq hüquqa ziddir. Qəzza fələstinlilərə məxsusdur və gələcək Fələstin dövlətinin bir parçasıdır".

Sançes vurğulayıb ki, fələstinliləri köçürmək üçün istənilən cəhd regional və qlobal miqyasda sabitliyi pozacaq. O, həmçinin Qəzzada ərəb ölkələrinin rəhbərliyinin davamlı olması gərəkdiyini qeyd edib.

Seçilən
7
3
publika.az

4Mənbələr