AZ

Papanın dəfn mərasiminə hazırlıq gedir?

Roma Papası Fransiski qoruyan İsveçrə Qvardiyası onun dəfn mərasiminə hazırlaşdıqları ilə bağlı yayılan xəbərləri təkzib edib...

Poliqon xəbər verir ki, bu barədə "Blick" qəzetinə mühafizənin nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, mühafizə adi qaydada işini davam etdirir. Qəzetin mənbəsi qeyd edib ki, mühafizəçilər həmişəki kimi Papanın təhlükəsizliyini təmin edəcəklər.

Fevralın 19-da İsveçrə qvardiyasının xəstəxanaya yerləşdirilən pontifikin ölümü halında dəfn mərasimini məşq etdiyi barədə məlumat yayılıb.

Fevralın 14-də 88 yaşlı Papa xəstəxanaya aparılıb. Frensiskə tənəffüs yolu infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o, Slovakiyanın baş naziri Robert Fiko və CNN-in baş direktoru Mark Tompsonla görüşlərini ləğv etməli olub. Sonradan məlum olub ki, Papanın vəziyyəti stabildir.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr