AZ

Artur Rasizadəyə “Heydər Əliyev” ordeni verildi - SƏRƏNCAM

Azərbaycanın sabiq baş naziri Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Xatırladaq ki, bir neçə gündən sonra – fevralın 26-da Artur Rasizadə yubileyini qeyd edəcək – onun 90 yaşı tamam olur.

Artur Rasizadə Azərbaycanın Baş naziri postunda düz 22 il çalışıb.

Seçilən
0
23
modern.az

10Mənbələr