Bakı,TurkicWorld
Səudiyyə Ərəbistanı 2029-cu ildə Qış Asiya Oyunlarını qəbul edəcək.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu qərar 2022-ci ildə Kambocada keçirilən Asiya Olimpiya Şurasının Baş Assambleyasında qəbul edilib.
Qış oyunlarının yarışları Trojena dağ-xizək kompleksində keçiriləcək.
Trojena Fars körfəzində ilk dağ-xizək kompleksi olacaq. Burada süni qar yamacları yaradılacaq. Yarışların keçiriləcəyi ərazi böyük idman tədbirindən əvvəl istifadəyə veriləcək.
Qeyd edək ki, indiyədək Qış Asiya Oyunları əsasən dörd ölkədə keçirilib.
Asiya qitəsinin bu mötəbər yarışına Yaponiya dörd dəfə, Çin üç dəfə, Qazaxıstan və Cənubi Koreya isə bir dəfə ev sahibliyi ediblər.