AZ

Prezident İlham Əliyev “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə sərəncam imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Ağdam şəhərində “İmarət” Tarix-MemarlıqMuzey Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.

Trend xəbərverir ki, sərəncam Qarabağ tarixinin və mədəni irsinin dərindənöyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığıbarədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsiməqsədilə imzalanıb.

Sənədə görə, Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq MuzeyKompleksi yaradılır.

Nazirlər Kabineti “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin vəMuzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının AzərbaycanRespublikası Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlızəruri tədbirlər görməli; Muzey Kompleksinin fəaliyyətinin təminedilməsi ilə bağlı tələb olunan zəruri xərclərinmaliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsindəAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdətutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməli; busərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Seçilən
11
35
az.trend.az

10Mənbələr