AZ

Şəhidin 13 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - FOTO

Vətən müharibəsi şəhidi Elvin Əzizovun 13 yaşlı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib.

Oxu24.com  xəbər verir ki, hadisə fevralın 19-da Masallı rayonunun Qarğalıq kəndində baş verib.

Ayxan Əzizov evdəki ov silahı ilə ehtiyatsızlıqdan atəş açıb. Nəticədə yeniyetmə aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Hadisə barədə ilk məlumatı Unikal.az saytı yayıb.

Oxu:   Prezident Artur Rasi-zadə ilə bağlı sərəncam imzaladı

           Faciədə ölən və yaralılar var - ADLAR

         Cavid Kəngərli vəzifəsindən azad edildi -SƏRƏNCAM

        Azərbaycanlı blogeri bu ölkədə həbsə saldılar - VİDEO

 

Seçilən
27
16
oxu24.com

10Mənbələr