AZ

Mərkəzi bank Yol Xəritəsini təsdiqlədi

Mərkəzi Bank ilə Dünya Bankı Qrupu tərəfindən birgə hazırlanmış “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib.

Bu barədə Modern.az-a AMB-dən bildirilib. Qeyd edilib ki, Yol Xəritəsi nəzarət texnologiyalarının (“SupTech”) inkişafı üçün strateji çərçivəni müəyyən etməklə 2024-2029-cu illər üzrə Mərkəzi Bank tərəfindən bu istiqamətdə planlaşdırılmış layihə və təşəbbüslər portfelini əhatə edir. Həmçinin sənəd “SupTech”in tətbiqinin potensial töhfələrini də özündə kompleks şəkildə cəmləyir.

“SupTech” risk əsaslı nəzarət məqsədləri üçün texnologiya və dataların istifadəsi ilə bağlı gələcək perspektivləri müəyyən etməyi hədəfləyir. “SupTech” alətlərinin tətbiqi nəzarət proseslərinin səmərəliliyini artırmağa, maliyyə institutlarının hesabatlılığının keyfiyyətini və tənzimləyici tələblərə riayət etmə səviyyəsini yüksəltməyə, nəticədə potensial olaraq maliyyə sisteminin dayanıqlılığını gücləndirməyə xidmət edir. Eyni zamanda “SupTech” Mərkəzi Bankın nəzarət sahəsindəki əsas strateji məqsədi olan risk əsaslı nəzarət yanaşmasının “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun surətdə tətbiqinə nail olmaq üçün əsas dəstəkləyici amil rolunu oynayacaqdır.

Əlavə edilib ki, Yol Xəritəsinin icrası həm də Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsi və nəzarət informasiya sisteminin tətbiqi ilə bağlı hədəflərə nail olunmasına dəstək verəcəkdir.

Seçilən
3
15
modern.az

10Mənbələr