Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən IDEX-2025 sərgisində iştirak edən Belçikanın “John Cockerill Defense” şirkəti innovativ məhsul və xidmətlərini nümayiş etdirir.
“Poliqon” xəbər verir ki, “John Cockerill Defense”, “Arquus” şirkətini satın aldıqdan sonra ilk dəfədir IDEX sərgisinə qatılır.
Şirkət tərəfindən sərgidə “Cockerill” qüllələrinin geniş çeşidi, “Arquus” nəqliyyat vasitələri, “Agueris” simulatorları və müvafiq xidmətlər təqdim olunur.
Həmçinin “Cockerill 1030” qülləsi ilə təchiz olunmuş VAB MK III zirehli nəqliyyat vasitəsi və “Cockerill i-X” zirehli maşını da sərgidə nümayiş etdirilən məhsullar sırasında yer alır.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */