Baku TV, Baku.ws, Oxu.az xəbər portallarına və Report İnformasiya Agentliyinə kiberhücum olunub.
OLAY-ın məlumatına görə, sayta “Hüseynçilər – Azərbaycan İslam Müqaviməti Hərəkatı tərəfindən hücum gerçəkləşdirilib.
Hazırda saytların sosial media hesabları çalışsa da, işləkliyində problem yaranıb. Bundan əlavə, Baku TV-nin yayımı da dayandırılıb.
Qeyd edək ki, sözügedən saytlar “Global Media Group”a aiddir.
