AZ

Çempionlar Liqasında günün bütün nəticələri məlum oldu

Fevralın 19-dan 20-nə keçən gecə Çempionlar Liqasının pley-off mərhələsinin qalan cavab pley-off oyunları baş tutub, Oxuməni.az xəbər verir .

Turin "Yuventus"u Hollandiyada yerli “PSV” ilə qarşılaşıb. Meydan sahibləri italyanları əlavə vaxtda məğlub edərək (3:1) sensasiyalı şəkildə 1/8 finala adlayıb.

53-cü dəqiqədə “PSV”-nin futbolçusu İvan Perişiç hesabı açıb. 63-cü dəqiqədə Timoti Vea tarazlığı bərpa etdi. Lakin 74-cü dəqiqədə İsmael Saibari yenidən “PSV”-ni hesabda irəli çıxarıb. Həlledici qolu 98-ci dəqiqədə Rayan Flamingo vurub.

Xatırladaq ki, ilk görüşdə “Yuventus” “PSV”-yə 2:1 hesabı ilə qalib gəlib.

Dortmund “Borussiya”sı cavab oyununda Portuqaliya “Sportinq”i ilə qarşılaşıb. Almaniyada keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb.

“Borussiya” Portuqaliyada keçirilən ilk oyunda inamlı qələbə (3:0) sayəsində irəliləyib.

“PSJ” Fransa derbisində "Brest"i darmadağın edib. Parisdə keçirilən görüş 7:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Qarşıdurmanın ümumi nəticəsi 10:0 1/8 finala yüksələn parislilərin xeyrinədir.

"Real Madrid" İngiltərənin "Mançester Siti"ni növbəti yarışdan kənarlaşdırıb. Madriddə keçirilən görüş 3:1 hesabı ilə başa çatıb. “Los Blancos”un ulduz hücumçusu Kilian Mbappe het-trik edib. Özbəkistan millisinin və “Mançester Siti”nin müdafiəçisi, start heyətində yer alan Abdukodir Xusanov bütün oyunu keçirib.

Xatırladaq ki, İngiltərədə keçirilən ilk oyunda ispanlar 3:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Çempionlar Liqasının ümumi mərhələdə 9-24-cü yerləri tutan pley-off mərhələsində 16 komanda iştirak edir.

Qaliblər Çempionlar Liqasının 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanan səkkiz kluba qoşulacaqlar: “Liverpul”, “Barcelona”, ​​“Arsenal”, “Inter”, “Atletico” Madrid, “Bayer” Leverkusen, “Lill” və “Aston Villa”.

Almaz Həsənli

Seçilən
6
oxumeni.az

1Mənbələr