Azərbaycanın bir sıra tanınmış xəbər saytları kiberhücumlara məruz qalıb.
Azərbaycanın bir sıra tanınmış xəbər saytları report.az, oxu.az və baku.ws kiberhücumlara məruz qalıb.
Operativ Media xəbər verir ki, ilkin məlumatlara görə, bu hücumların mənbəyi İranla əlaqəli haker qruplarıdır.
Hakerlər hücum etdikləri saytların əsas səhifələrini dəyişdirərək aşağıdakı fotonu yerləşdiriblər.