Biz qurumlara "universitet", "akademiya", "institut" kimi adların verilməsinə yenidən baxmalıyıq.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
"Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, ixtisaslı fəaliyyət göstərir. Bir qurumun adını "institut"dan dəyişib "universitet" edəndə ölkədə elm inkişaf etmiş olmur", - nazir bildirib.