ABŞ-da naməlum şəxslər “Tesla” avtosalonuna atəş açaraq şirkətin qurucusu, amerikalı sahibkar İlon Maskı qətlə yetirməyə çağırıblar.
Avtosfer.az xəbər verir ki, hadisə fevralın 19-u səhər saatlarında Oreqon ştatının Salem şəhərində baş verib. Bu barədə “Salem Reporter” portalı məlumat yayıb.
Bildirilir ki, salona hücum nəticəsində şüşələr və bir neçə avtomobil zədələnib.
Onlar sınmayan şüşələrdən birinə “İlonu öldürün” qeydini əlavə ediblər.
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
Yerli hakimiyyət orqanları hücumun xüsusilə Maskın sosial mediadakı açıqlamaları ilə əlaqəli olduğunu düşünür.
Namiq Musayev