AZ

Gürcüstanda antiterror əməliyyatı: Saxlanılanlar var

Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) antiterror əməlliyyatı nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstanın iki vətəndaşı saxlanılıb və onların yaşayış evlərindən istintaq üçün əhəmiyyətli sübutlar, o cümlədən döyüş sursatı, müxtəlif növ elektron avadanlıqlar, pul vəsaiti və digər vacib əşyalar götürülüb.

DTX-nin məlumatında qeyd olunub ki,saxlanılan şəxslərin yaşayış evlərindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar da ələ keçirilib.

https://www.facebook.com/watch/?v=3985646508386904


Xəbər 6 dəfə oxunub.
Seçilən
13
xezernews.az

1Mənbələr