Türkiyə Super Liqasının XXV turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” oyununun hakimi məlum olub.
Futbolpress.az xəbər verir ki, görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Fevralın 24-də keçiriləcək oyuna saat 21:45-də start veriləcək.