AZ

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti xüsusi antiterror əməliyyatı keçirib

Tbilisi, 20 fevral, AZƏRTAC

Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti xüsusi antiterror əməlliyyatı keçirib. Nəticədə iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxslərin yaşadıqları evlərdə axtarış aparılıb və istintaq üçün əhəmiyyətli sübutlar, o cümlədən döyüş sursatı, müxtəlif növ elektron avadanlıqlar, pul vəsaiti və digər vacib əşyalar götürülüb.

Saxlanılan şəxslərin yaşayış evlərindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar da ələ keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
1
1
azertag.az

2Mənbələr