Türkiyə Superliqasının XXV turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” matçının hakimləri açıqlanıb.
Msport.az xəbər verir ki, İstanbul derbisi sloveniyalı hakim Slavko Vinçiçə həvalə olunub.
Prinsipial görüşdə məşhur referiyə yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Matçın dördüncü hakimi Kadir Sağlam olacaq.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.