AZ

“Gürcü Arzusu”: Rusiya ilə heç bir masa arxasında oturmaq fikrində deyilik

Rusiya "3+3" formatında iştirak edir və təbii ki, belə bir şəraitdə biz Rusiya ilə heç bir masa arxasında oturmaq fikrində deyilik.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasından olan deputat Levan Maçavariani Rusiya XİN başçısı Sergey Lavrovun sözlərinə münasibət bildirərkən deyib.

Deputat Gürcüstanın iştirakının müzakirə məsələsi olmadığını vurğulayıb.

“Bizim nə diplomatik, nə də başqa cür münasibətlərimiz yoxdur. Əvvəlcə biz ərazi bütövlüyümüz məsələsini həll etməliyik, bundan sonra hər hansı formatın olub-olmayacağını müzakirə etməyə başlaya bilərik”, - Maçavariani bildirib.
Seçilən
0
4
sherg.az

5Mənbələr