Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron yaxın zamanlarda ABŞ-a səfər edəcəklər.
AzPost xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.
“Kir Starmer tezliklə Birləşmiş Ştatlara gələcək. Səfər ola bilsin ki, bazar ertəsi baş tutsun”, – deyə Donald Tramp Böyük Britaniya Baş nazirinin səfərinin tarixi ilə bağlı sualı cavablandırarkən bildirib.
ABŞ dövlət başçısının sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron da yaxın vaxtlarda ABŞ-a səfər edəcək.