Azərbaycanda bir sıra saytlar kütləvi haker hücumuna məruz qalıb.
AzPost bildirir ki, report.az, oxu.az, baku.ws, caliber.az və digər saytların işində məhdudiyyətlər yaranıb.
Hazırda həmin saytlara giriş mümkün deyil.
“Report” informasiya agentliyinin saytında dini mesaj daşıyan loqo yerləşdirilib.
Oxu az saytı “texniki işlər” aparıldığını bildirir.