Bakı, TurkicWorld
Rusiyanın texnologiya nəhəngi Yandex-in gəliri 2024-cü ildə 37% artaraq 1,1 trilyon rubla (təxminən 11,2 milyard dollar) çatıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, şirkətin xalis mənfəəti 2023-cü ilə nisbətən 94% artaraq 100,9 milyard rubl olub.
Şirkət 2025-ci ildə gəlirin 30%-dən çox artacağını proqnozlaşdırır.
Qeyd edək ki, Hollandiyada yerləşən Yandex NV, 475 milyard rubla (təxminən 5,2 milyard dollar) Rusiyadakı aktivlərini yerli investor konsorsiumuna satıb.
Ukrayna müharibəsi səbəbindən Google onlayn reklam xidmətlərini dayandırıb, bu da Yandex-in bazardakı mövqeyini daha da gücləndirib.