AZ

Azərbaycan saytlarına haker hücumu edildi - YENİLƏNİB

“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.

Modern.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Bildirilib ki, bu kiberhücumlarla əlaqədar hazırda “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Baku.ws”, “Caliber.az” saytlarının fəaliyyətində problem yaranıb.

"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.

Kütləvi kiberhücum cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir, hazırda saytların işinin bərpa olunması istiqamətində iş aparılır. Xüsusilə qeyd etmək istərdik ki, bu adi DDoS hücumu deyil, mütəşəkkil şəkildə təşkil olunmuş peşəkar kiberhücumdur. Bütün bu hücumlarla bağlı səlahiyyətli rəsmi qurumlara məlumat verilib", - açıqlamada deyilir.

***

12:41

 

Azərbaycanın bəzi elektron media resursları – saytlar İranda fəaliyyət göstərən "hüseynçilər" adlı haker qrupunun hücumuna məruz qalıb.

Modern.az xəbər verir ki, hücuma məruz qalan KİV-lər "Global Media Group" MMC-nin tərkibinə daxil olan "Report" İnformasiya Agentliyi, "Oxu.az", “Ölkə.az”, "Baku.ws", "Caliber.az" xəbər saytları, "Baku TV" yayım portalı, eləcə də "Azpolitika.info" saytıdır.

Bu saytların əsas səhifəsinə "hüseynçilər" haker qrupunun loqosu olan post yerləşdirilib.

Haker hücumunun qarşısının alınması üçün hazırda proflaktik tədbirlər görülür.

 

1417839

Seçilən
21
18
modern.az

10Mənbələr