Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev fevralın 5-də 104 saylı tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin, fevralın 19-da 317 saylı tam orta məktəbdə Zığ qəsəbəsinin, fevralın 20-də isə 281 saylı tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşlərdə Milli Məclisin deputatı Qaya Məmmədov, RİH başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Adil Əliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırıb. RİH başçısı əmiliklə vurğulayıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır.
Sakinləri dinləyən RİH başçısı məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.






