AZ

Azərbaycanda bəzi saytlar haker hücumuna məruz qaldı - Yenilənib

Azərbaycanda bir sıra informasiya resursları kütləvi haker hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu səbəbdən report.az, oxu.az, baku.ws, caliber.az və digər saytların fəaliyyətində problemlər yaranıb.

Hazırda həmin saytlara giriş məhdudlaşıb.

Qeyd edək ki, haker hücumuna məruz qalan “Report” informasiya agentliyinin saytında “Hüseynçilər” hərəkatının loqosu yerləşdirilib. Sonradan isə həmin bildiriş yığışdırılıb və hazırda saytlara girişdə sadəcə “Bu sayta daxil olmaq mümkün deyil” yazısı görünür. 

***

“Global Media Group” hücumla bağlı məlumat yayıb. Bildirilir ki, bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb:

"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir. 

Kütləvi kiberhücum cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.  Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.

Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur. 

Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır".

Seçilən
36
6
qafqazinfo.az

10Mənbələr