AZ

İranın terrorçu təşkilatı Azərbaycan saytlarına hücum edib - Yenilənib

"Global" Media Qrupuna haker hücumu olub..

Poliqon xəbər verir ki, Baku tv-nin aparıcıdı Tural İbrahimov İran hajerlərinin Azərbaycan saytlarına hücumu barədə yazıb:

““Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.

Bu kiberhücumlarla əlaqədar hazırda “Report.Az”, “Oxu.Az”, "Media.Az", "Baku.ws" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.

Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.

Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.

Xüsusi qeyd etmək istərdik ki, bu adi DDOS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.

Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır".

***

Poliqon Musavat.com-a istinadən xəbər verir ki, media qrupuna daxil olan saytlara giriş məhdudlaşıb.

Report İnformasiya agentliyin əsas səhifəsində isə "Azərbaycan İslam Müqavimət hərəkatı", Hüseynçilər, "Tezliklə" sözləri yazılıb.

Onu da qeyd edək ki, Hüseynçilər — Azərbaycanı İslam Respublikasına çevirmək məqsədi daşıyan şiə islamçı antihökumət və terror təşkilatıdır. Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir.

Poliqon.info

Seçilən
50
18
poliqon.info

10Mənbələr