Türkiyənin məşhur aktrisası Cemre Baysel təcavüzə məruz qalıb.
“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, son zamanlar həm karyerası, həm də həmkarı Aytaç Şaşmazla eşq yaşaması ilə gündəm olan Cemre Baysel bu dəfə başına gələn hadisə ilə adından söz etdirib.
Məlumata görə, “Leyla” serialının baş qəhrəmanı olan aktrisa çəkiliş meydançasında iki nəfər tərəfindən zorakılıqla üzləşib.
İddia olunur ki, həmin şəxslər Bayselin fotolarını gizli çəkiblər, hətta anasını da hədələyiblər. İkili daha sonra Bayselin adına 50 yemək sifariş verərək diqqət çəkməyə çalışıb.
Bununla əlaqədar olaraq çəkiliş meydançasında təhlükəsizlik tədbirləri gücləndirilib.
Baysel həm özünün, həm də ailəsinin təhlükəsizliyi üçün polisə müraciət edib. Aktrisanın şikayətindən sonra təcavüzkarlardan biri saxlanılıb. Digər şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.






