Türkiyənin məşhur aktrisası Cemre Baysel təqibə məruz qalıb.
“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, “Leyla” serialının baş qəhrəmanı olan aktrisa çəkiliş meydançasında iki nəfər tərəfindən izlənilərək narahat edilib.
İddia olunur ki, həmin şəxslər Bayselin fotolarını gizli çəkiblər, hətta anasını da hədələyiblər.
Baysel həm özünün, həm də ailəsinin təhlükəsizliyi üçün polisə müraciət edib. Aktrisanın şikayətindən sonra təqibçilərdən biri saxlanılıb. Digər şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Baş verənlərlə əlaqədar çəkiliş meydançasında təhlükəsizlik tədbirləri gücləndirilib.






