Skyworth dünyanın ilk DeepSeek-R1 televizorunu təqdim etdi.
QHT.az xəbər verir ki, Skyworth daxili DeepSeek-R1 neyron şəbəkəsi ilə təchiz edilmiş dünyanın ilk televizoru olan G7F Pro modelini rəsmi təqdim edib. Əvvəlki modellər Coocoa AI istifadə edirdi, lakin yeni versiya istifadəçi üstünlüklərini analiz edərək fon musiqisi yaratmaq və səs əmrləri ilə şəkillər çəkmək funksiyalarına malikdir.
Televizorun digər süni intellekt imkanları:
- Avtomatik video montajı
- Xarici dil öyrənmə köməkçisi
- Ailə səfəri planlayıcısı
- Ağıllı təşkilatçı
Xüsusilə yerli dialektlərin tanınması üzərində təkmilləşdirilmiş AI modeli Çində daha dəqiq nitq tanıma imkanı yaradır. DeepSeek-R1-in texniki detalları hələ açıqlanmayıb və cihazın beynəlxalq bazara çıxışı barədə planlar məlum deyil.
R.İmanov