AZ

Baş nazir Əli Əsədov Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb

Fevralın 20-də Baş nazir Əli Əsədov Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb

Fevralın 20-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.

Operativ Media Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.

Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib. Belarus parlamentinin təşkilatda müşahidəçi statusu almasından məmnunluq ifadə olunub.

 

Seçilən
32
operativmedia.az

1Mənbələr