AZ

Direktorun idarə etdiyi maşın qəzaya uğradı: müəllimlər YARALANDI- FOTO

Ötən gün müəllimlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bir sıra detalları məlum olub.

Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, İsmayıllı rayon 6 saylı tam orta məktəbin direktoru Qalib Bəşirovun idarə etdiyi "Ford" markalı avtomobil dumana görə idarəetməni itirib və səkiyə çırpılıb.

Hadisə nəticəsində həmin məktəbin 2 müəllinin xəsarət aldığı bildirilir.

***

Ötən gün günorta saatlarında İsmayıllı-Muğanlı yolunda avtomobil qəzası baş verib.                                          

Güclü duman qəzaya səbəb olub.

Məlumata görə, qəzaya düşənlər İsmayıllı rayonundan olan müəllimlər olub. Onlar Bakıda keçirilən tədbirə qatılmaq üçün yola düşüblər.

Məktəb direktorunun idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alanlar olub.

1417851

 

Seçilən
37
4
avtosfer.az

7Mənbələr