Bakı, 20 fevral, AZƏRTAC
Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası Bakıda uğurla başa çatdı və mühüm qərarlar qəbul edildi. Düşünürəm ki, bu qərarlar APA-nın prinsipləri ilə tam uzlaşır. Ümid edirəm ki, qarşıdakı aylarda Bəhreyn, İran, Qətər və Rusiyada daimi komitələrin iclasları planlaşdırıldığı kimi davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Reza Məcidi qurumun “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş 15-ci plenar sessiyasının bağlanış mərasimində bildirib.
O qeyd edib ki, qurulan yaxşı əməkdaşlıq bütün ölkələr arasında yeni bir parlamentarilər nəslinin yetişməsinə töhfə verir. Gənc parlamentarilər də bu prosesə uğurla töhfə verməyə davam edirlər.